“Ukrayna ilə kapitulyasiyaya məruz qalmış tərəf kimi rəftar olunması heç bir etik və hüquqi normalara uyğun gəlmir”.
Bunu Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib
O bildirib ki, Donald Trampın Ukrayna qarşısında qoyduğu tələblər isə əsl imperialist təfəkkürün məhsuludur:
“Tramp biznesmen təfəkkürü ilə edilənlərin əvəzini Ukraynadan istəyir. Əslində isə edilənlərin əvəzi Rusiyadan alınmalıdır. Təbii sərvətlərinə göz dikilməsi Ukraynanın düşdüyü durumdan öz mənafeləri üçün istifadə edilməsidir. Trampın bu tələbləri Ukraynaya qarşı yumşaq desək hörmətsizlikdir.
Ukrayna dövlətinin buna razı olacağını gözləmək olmaz. Ukrayna nə təbii sərvətlərinin, nə də torpaqlarının Rusiyaya verilməsinə razı olmayacaq. Ukrayna xalqı heç bir alçaldıcı razılığı qəbul etməyəcək. Müvəqqəti olaraq atəşkəsə razı olar, amma məğlubiyyətlə barışmaz”.
//Gülnarə Abasova, Editor.az