“Bu terrorçuları Zəngəzur dəhlizi açılmayana qədər Ermənistana qaytarmaq olmaz…”backend

“Bu terrorçuları Zəngəzur dəhlizi açılmayana qədər Ermənistana qaytarmaq olmaz…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənistan silahlı qüvvələrinin bölmələrinin Lacın və Kəlbəcər istiqamətində noyabrın 15-i saat 16.15-dən etibarən başladığı və noyabrın 16-sı günün sonuna qədər davam edən geniş miqyaslı təxribatları nəticəsində Azərbaycan Ordusunun iki hərbi qulluqçusunun yaralanması, bölmələrimizi düşmənin anladığı dildə ona adekvat cavab tədbirləri görməyə məcbur edib.
Vətən Müharibəsində gündə 150 kv.km geri çəkilən Ermənistan ordusunun qalıqlarının növbəti dəfə təxribata əl atması, mənfur düşmənin yaşamaq hüququndan imtina etməsi kimi dəyərləndirilməlidir. Bu dəfə işğalçı ordu Laçın istiqamətində artilleriyadan, tank əleyhinə vasitələrdən və zirehli texnikadan istifadə edib. Düşmən itkilərə məruz qalıb və bu itkilər getdikcə artır. Ermənistan mediasında 10 nəfərə qədər erməni silahlısının məhv edildiyi və yaralandığı barədə məlumatlar mövcuddur.
Düşmənin hərəkət imkanlarının məhdudlaşdırılması, onun manevr imkanlarından məhrum edilməsi ilə nəticələnib. Bölmələrimiz tərəfindən düşmən canlı qüvvəsinə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, onarın sayının ən azı 6 nəfər olduğu bildirilir. Düşməndən xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib. Günün sonuna kimi düşmənin itkilərinin artacağı gözlənilir.
Genişmiqyaslı təxribat törədən düşmən əvvəlki məğlubiyyətlərini kompensasiya etmək məqsədilə qısa müddətli olsa üstünlük əldə etməyə çalışsa da, bu mümkün olmayıb. Ermənistan hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımından tam iflasa uğrayıb və növbəti dəfə rəsmi İrəvanın təxribat törətmək cəhdi uğursuzluqla nəticələnib. Hazırda düşmən ağır itkilərə məruz qalaraq geri çəkilir. Yəqin ki, yaxın saatlarda Rusiya rəhbərliyi növbəti dəfə Ermənistan Azərbaycan qartallarının caynağından almaq və saxlanılanları Ermənistana, bəlkə də seperatçılara qaytarmaq üçün dəridən qabıqdan çıxacaq.
Əsgərimizin qanı bahasına saxlanılan bu və əvvəlki terrorçuları, Xankəndindəki silah və silahlılar çıxarılmayana, Zəngəzur dəhlizi açılmayana və sülh müqaviləsi imzalanmayana qədər Ermənistana qaytarmaq olmaz.
Moderator.az
Ədalət Verdiyev, hərbi ekspert