Bu təşkilat heç kimə qarşı deyil – Türk dövlətlərinin gücü birləşirbackend

Bu təşkilat heç kimə qarşı deyil – Türk dövlətlərinin gücü birləşir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan keçən 2 illik müddətdə Türk Dövlətləri Əməkdaşlıq Şurasına (TDƏŞ) sədrliyi dövrünü çox yaxşı dəyərləndirdi”.

Bunu Milli.Az-a açıqlmasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib.

O bildirib ki, təşkilatın adının dəyişidirlməsi barədə qərar məhz Azərbaycanın təşkilata sədrliyi dönəmində verildi:

“Hələ 2020-ci ilin aprel ayında pandemiya ilə əlaqədar TDƏŞ-in onlayn formatda bir Zirvə görüşü keçirildi ki, bu, dünyada pandemiya ilə bağlı ilk Zirvə idi. Bu onlayn görüşün ardına təşkilata üzv dövlətlərin nəqliyyat nazirləri görüşdülər. Orada logistik yolların açılmasına qərar verildi.

Azərbaycanın Türk Dövlətləri Əməkdaşlıq Şurasına sədrliyi dövründə pandemiya səbəbi ilə onlayn formatda növbəti Zirvə görüşü keçirildi. Azərbaycan dünyanın əziyyət çəkdiyi pandemiya zamanı bu Zirvə toplantısını da çox uğurlu keçirdi. Bundan əlavə Azərbaycan eyni zamanda Qoşulmama Hərəkatının da sədri idi. Eyni zamanda iki təşkilatı sədrliyini edib. Qoşulmama Hərəkatının 120 üzvü var ki, bu da çox önəmlidir.

Prezident İlham Əliyev onsuzda çox güclü xarici siyasətə sahibdir ki, buna  biz II Qarabağ savaşında şahid olduq. Son dərəcə uğurlu bir xarici siyasət apardı. Türk Dövlətləri Əməkdaşlıq Şurası artıq adını dəyişərək Türk Dövlətləri Təşkilatı adlanmağa balkadı. Bu addım da məhz Azərbaycanın təşkilata sədrliyi dönəmində atıldı. Bu ilin 31 martında təşkilatın Zirvə görüşündə bu təşəbbüs irəli sürülmüşdü.

Xüsusilə buna diqqəti yönəltmək istəyirəm: Azərbaycan 2 illik sədrliyi dövründə təşkilatın daha da güclənməsi üçün çox uğurlu işlər görüldü. 44 günlük Vətən müharibəsi də bu sözün əyani təsdiqidir, ki belə qısa müddətdə Azərbaycan bir dastan yazdı. Birinci vitse-prezidentin cənab Prezidentə verdiyi dəstək, çiyin-çiyinə idarəçiliyi və Ordusunun qəhrəmanlığı ilə Vətən müharibəsində tarixi bir Zəfər qazanıldı. Azərbaycan xalqının Ali Baş Komandan və Ordu ilə həmrəyliyi də çox önəmli idi. Yenə bu dönəm içərisində 44 günlük Qarabağ müharibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi siyasi, diplomatik, informasiya dəstəyi olduqca vacib idi. Türkiyənin bütün dövlət strukturlarının rəhbərləri, eləcə də türk xalqının verdiyi dəstək də bu 2 ilin içində böyük bir Zəfərin əldə edilməsində töhfə oldu. İgid əsgərlərimizin qanları, canları bahasına işğalda olan torpaqlarımızı azad etdik.

Azərbaycanın Türk Dövlətləri Əməkdaşlıq Şurasına sədrliyi ilə keçən zəngin bir 2 il var. Azərbaycan həm pandemiya, həm də müharibəyə rəğmən sədrliyi dönəmini uğurlu bir şəkildə geridə qoydu. Bu dönəm içərisində yenə Azərbaycan-Türkiyə əlaqələri, həmrəyliyi heç bir vaxt olmadığı qədər zirvəsinə çatdı.

Bu gün Türk Dünyası baxımından çox tarixi bir gündür. Təşkilatın adı rəsmən dəyişir, Türk Dövlətləri Təşkilatı olur. Bu təşkilat heç kimə qarşı deyil, bizim soy, kök, dil, din birliyimizə söykənən bir təşkilatdır. TDT Avropa Birliyi kimi yerli bir təşkilatdan beynəlxalq bir təşkilat halına gəldi. Bu qərar da qeyd etdiyim kimi, Azərbaycanın sədrliyi dönəmində reallaşdı. Beləcə, bu sədrlik Azərbaycan Türkiyəyə keçdi. Xeyirli olsun …”.