“Bu təxribatların arxasında kimlərinsə əli ilə maliyyələşən qüvvələr dayanır”-Millət vəkili ŞƏRH EDİRbackend

“Bu təxribatların arxasında kimlərinsə əli ilə maliyyələşən qüvvələr dayanır”-Millət vəkili ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“28 May tarixi Azərbaycan xalqı üçün iki qat bayram idi. Laçında doğma sakinlərin məskunlaşması erməni terrorçularını hərəkətə gətirsə də, onlar bu postmüharibə müddətində heç nəyə nail olmadıqları kimi indi də hədəfləri puça çıxdı”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Millət vəkili bildirib ki, bu gün beynəlxalq aləm də Ermənistan rəhbərliyinin sülhə, regiondakı dinc həyata mane olmaq üçün əlindən gələni etdiyini görür:

“Əgər Ermənistan hakimiyyəti Qarabağdakı revanşistləri gizli şəkildə dəstəkləməsə, onları silah-sursatla təchiz etməsə, Azərbaycan Qarabağdakı erməni əsilli vətəndaşlarla uzlaşmaya daha tez nail olacaq. Paşinyan rəhbərliyi öz hakimiyyətini möhkəmləndirmək üçün terrorçuları zərərsizləşdirmək əvəzinə bilavasitə kömək edir. Sadə erməni xalqı da bilir ki, bu cür davam edən təxribatların heç kimə faydası yoxdur. Cənab prezident İlham Əliyev də Laçında çıxışı zamanı qeyd etdiyi kimi Qarabağdakı ermənilərin yeganə seçimi sülh şəraitində, dinc yaşamağa qərar vermək olmalıdır. Əks halda onlar bütün vəchlə sülh istədiklərini, regiondakı rifaha təhlükəsizliyə mane olduqlarını deyəcəklərsə, Azərbaycan da qarşılığında onlara istədikləri kimi davranmalı olacaq. Ölkə başçısı dəfələrlə qeyd edib ki, əgər Azərbaycan hakimiyyətinə tabe olmaq, vətəndaşlığını qəbul etmək istəmirlərsə, o zaman heç kim onlara mane olmayacaq və onlar Ermənistana geri qayıda bilərlər. Azərbaycan torpaqlarında Azərbaycan qanunları keçərlidir, başqa cür status, xüsusi münasibət yoxdur. Azərbaycan hökuməti öz vətəndaşlarına dəyər verir, onların həyat şəraitini daim yaxşılaşdırmaq üçün çalışır. Elə bu məhz həmin şəxslər üçün də bir şansdır. Bu gün Azərbaycanın müxtəlif bölgələrində Birinci Qarabağ müharibəsi zamanı buranı tərk etməyib qalan erməni əsilli ailələr yaşayır. Onlar 30 ildən çox bir müddətdə öz seçimləri ilə Azərbaycanda qaldı və Azərbaycan vətəndaşlığını seçdilər. Mən tam əminliklə deyirəm ki, bu təxribatların arxasında sivil insanların deyil, kimlərinsə əli ilə maliyyələşən qüvvələr dayanır. Onlar da hər zaman layiqli cavablarını alırlar, bundan sonra da alacaqlar”.

//Gülnarə Abasova, Editor.az