” Erməni hərbiçilərinin rus sülhməramlılarının nəzarətində olan Laçın dəhlizindən Qarabağa göndərilməsi prosesi davam edir. Sülhməramlılar öz missiyalarına uyğun davranmırlar. Bu 10 noyabr bəyanatının müddəlarının pozulmasıdır”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Əziz Əzizbəyli deyib.

O, bildirib ki, iki gün öncə Azərbaycan tərəfindən həm İrana, həm Rusiyaya verilən nota 10 noyabr razılaşmasına əsasən Ermənistanın Qarabağı tərk etməli olan silahlı birləşmələrinin fəaliyyəti ilə bağlı idi:
“10 noyabr bəyanatına uyğun olaraq onlar bölgəni tərk etməlidirlər. Amma əksinə atəşkəsi hərgün pozurlar və bölgədə istədikləri kimi terror törədə bilirlər. Bu Azərbaycana imkan verir ki, bölgədə antiterror əməliyatlarına başlayaraq erməni silahlı birləşmələrini zərərsizləşdirsin. Belə olduqda sülhməramlılar üçün də təhlükəli vəziyyət yarana bilər. Onlar hərbi toqquşmaların arasında qalacaq. Gec olmamış onlar öz ermənipərəst mövqeyindən əl çəkməlidir”.
Politoloqun sözlərinə görə , Rusiyanı proseslərdən kənar saxlayacaq əsas addım “Şuşa bəyannamə”sinin imzalanması oldu:
“Rusiyanın bölgədə varlığı Türkiyə Silahlı Qüvvələrinin də Qarabağda hərbi əməliyyatlara qoşulmasını şərtləndirəcək. Düşünürəm ki, Ermənistanda ordu ilə hakimiyyət arasında ciddi qarşıdurma var və qərbdən maliyyələşən Paşinyan növbəti dəfə Azərbaycan vasitəsilə ordunu zərərsizləşdirməyə çalışır”.
//Gülnarə Abasova, Editor.az

