“Bütün müharibələrin ətraf ölkələrə təsiri olduğu kimi İsrail-İran müharibəsinin də uzanması ciddi şəkildə miqrasiya və qaçqın problemləri yaradacaq”.
Bunu Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
O bildirib ki, region ölkələri içərisində Türkiyənin daha çox qaçqın kütləsi ilə üzləşmə ehtimalı həmişəki kimi çoxdur:
“Əvvəla Türkiyə stabil ölkə, sonra isə böyük əraziyə sahib olduğu üçün qaçqınlar oranı seçirlər. Türkiyə artıq buna öyrənmişdir. Suriyada olan müharibə dövründə 4 milyondan çox qaçqına ev sahibliyi etmişdi. Ankara təbii ki, yenə də eyni vəzifəni daşımağa etiraz etməyəcək.
Çünki bu, Türkiyənin tarixi missiyasıdır. Bundan heç vaxt imtina etməz. Bu, özlüyündə Türkiyədə sosial və iqtisadi problemlər yaratsa belə Türkiyənin vəziyyəti idarə edəcəyi mütləqdir. Məsələ ondadır ki, Türkiyə hər zaman müsəlman dünyasında liderliyə oynayan ölkə kimi müsəlman qaçqınlardan imtina edə bilməz. Türkiyə öz böyüklüyünü bu yolla isbat edir. İslam dünyasının lideri olduğunu sübut edir”.
//Gülnarə Abasova, Editor.əz