Bu Universitetin 97 tələbəsi polis tərəfindən saxlanılıbbackend

Bu Universitetin 97 tələbəsi polis tərəfindən saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün İstanbulun Boğaziçi Universitetinin kampusunda İslam təbliğatçısının konfransına etiraz olaraq keçirilən etiraz aksiyasında iştirak edən 97 tələbə polis tərəfindən saxlanılıb.

Bu barədə mayın 14-də İstanbul valisi Davud Gül məlumat verib. Tələbələr erkən nikahla bağlı qalmaqallı fikirləri ilə tanınan Nurəddin Yıldızın konfransına etiraz ediblər. Konfransı universitetin tələbə klubu təşkil edib.

Gülün sözlərinə görə, tələbələr kampusda polis kordonunu yarmaq istəyərkən saxlanılıb. Vali qeyd edib ki, dünənki hadisələr nəticəsində 13 asayiş keşikçisi yaralanıb. Əlbəyaxa zamanı onlar 5 metrlik tikinti çuxuruna düşüblər.

//Samir Qurbanov, Editor.az