“Bu xalqın tarixdə bəlkə də belə lideri olmayıb” – dünya mətbuatı Azərbaycan prezidenti haqda yazırbackend

“Bu xalqın tarixdə bəlkə də belə lideri olmayıb” – dünya mətbuatı Azərbaycan prezidenti haqda yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda dünya mediasında, Qərbin öndə gələn nəşrlərində Azərbaycan prezidenti İlham Əliyev haqqında silsilə məqalələr, təhlillər yazılır. Bu yazıda dünyaca məşhur bir neçə qəzet və saytların Azərbaycan prezidenti haqqında dərc etdiyi məqalələrin məcmusunu veririk.

Yazının sonunda sitat gətirilən mənbələri də təqdim edirik. Maraqlananlar həmin hissələri orijinaldan da oxuya bilərlər.

“Bu xalqın tarixdə bəlkə də belə lideri olmayıb”

“Коммерсантъ” qəzeti İlham Əliyevin Müstəqil Dövlətlər Birliyinin virtual sammitindəki bir saatlıq çıxışı ilə bağlı ötən ilin sonunda belə yazmışdı: “İlham Əliyev rahat və inamla danışdı, nitqində bir dənə də olsun artıq söz olmadı, ifadələr dəqiq idi və şübhəsiz ki, hədəfi də dəqiq vururdu. Lap Azərbaycan dronları erməni tanklarını vurduğu kimi. Qarşımızda Azərbaycan xalqının lideri dayanmışdı. Bəlkə də tarixdə bu xalqın belə bir lideri olmayıb. Ən azından indi xalq buna əmindir”. Qəzetin xüsusi müxbiri Andrey Kolesnikov (Андрей Колесников) belə yazmışdı. Xatırladım ki, “Коммерсантъ” Rusiyanın ən populyar və ən çox oxunan qəzetləri sırasında öndə gəlir.

“İndi İlham Əliyev heç vaxt olmadığı qədər xalq arasında populyardır”

“Əvvəllər neft gəlirlərinin azalması və sosial narazılığın artması qarşısında təzyiqlə üzləşən İlham Əliyev indi heç zaman olmadığı qədər xalq arasında populyarlıq qazanıb. Hələ orası da var ki, xaraba qalmış Dağlıq Qarabağın yenidən qurulması Azərbaycan iqtisadiyyatında gərginlik yaradacaq”. Bunu isə “emerging-europe.com” saytı yazır.

“İlham Əliyev növbəti 20 ili də iqtidarda qala bilər”

“İlham Əliyev kifayət qədər gənc siyasətçidir. O, növbəti 20 ili də iqtidarda qala bilər”. İtaliyanın “resetdoc.org” saytı isə belə bir fikir səsləndirib. Qeyd edim ki, İtaliya saytında gedən yazı çox genişdir. Həmin yazıda İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi nailiyyətlər haqqında ətraflı bəhs olunub.

“Qarabağdakı zəfər bir çoxunun İlham Əliyevin liderliyinə münasibətini dəyişdi”

“Azərbaycanın Dağlıq Qarabağ müharibəsində əldə etdiyi qələbə prezident İlham Əliyevin siyasi statusunu dəyişdirdi. O, 17 illik hakimiyyəti dövründə qarşılaşmadığı populyarlıqla üzləşdi.

Dağlıq Qarabağın bir hissəsinin, bölgənin ətrafındakı işğal olunmuş yeddi rayonun hamısının Azərbaycanın nəzarətinə qaytarılması ölkədə bir çoxunun Əliyevin liderliyinə münasibətini (müsbətə doğru) dəyişdi.

stepanakert nagorno-karabakh

Mütəxəssislər Əliyevin tarixi irsinin dəyişikliyə uğradığını söyləyirlər”. Bu fikirlər isə “Azadlıq” (Radio Free Europe/Radio Liberty ) radiosuna məxsusdur. Sirr deyil ki, “Azadlıq” radiosu İlham Əliyevə qarşı kəskin mövqeyi ilə seçilir. Səbəbi də bəllidir. Azərbaycan prezidenti “Azadlıq” radiosuna öz proqramını yaymaq üçün radio-tezlik verməkdən imtina edib. Buna baxmayaraq, onlar da müharibədən sonra xalq arasında İlham Əliyevin reytinqinin yüksəldiyini etiraf edirlər.

Fransa imperatoru Napoleon Bonapartın məşhur bir fikri var: “Tarixi qaliblər yazır”. İlham Əliyev Ali Baş komandan kimi müzəffər Azərbaycan Ordusu ilə birlikdə erməni faşizmi üzərində möhtəşəm qalibə çalıb. Azərbaycan xalqını biabırçı məğlubiyyətdən xilas edib. İndi Azərbaycan tarixini o, yazır. Təkcə o taylı, bu taylı Azərbaycanınmı tarixini? Qarabağdakı qələbə bütün Türki Dünyasının birliyinə ciddi təkan vermədimi? Və mən əminəm ki, cənab prezident tarix qarşısında məsuliyyətini bütün varlığı ilə hiss edir. Azərbaycan isə mütləq və mütləq tarixi şöhrətinə uyğun bir gələcəyə sahib olmalıdır….

//Musavat.com