Soçi görüşü Ermənistana nə vəd edir? -Rusiya Xankəndi üzərindən gücünü göstərirbackend

Soçi görüşü Ermənistana nə vəd edir? -Rusiya Xankəndi üzərindən gücünü göstərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün, yəni oktyabrın 31-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında Rusiyanın Soçi şəhərində görüş baş tutacaq.

Soçi görüşü zamanlama etibari ilə olduqca həssas dönəmə təsadüf edir. Bu görüş Putinin iki ölkə arasında sülh sazişi üçün Qarabağ üzərində Azərbaycanın nəzarətini ehtiva edən Vaşinqton görüşündən və Qarabağın taleyinin müzakirəyə ehtiyacı ola biləcəyi haqqında açıqlamasından sonraya təsadüf edir.
Bu məqamda Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağ ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının mandatının daha 10-20 ilə qədər uzadılması ilə bağlı təklifi də diqqət çəkməyə bilməz.

Soçi görüşü tərəflərə nə vəd verir? Ermənistan xülyasını reallaşdıra biləcəkmi?

Ermənistan baş naziri Nikol Paşinyanın fəaliyyətinin müşahidəsi göstərir ki, o, Qarabağda Rusiya və Azərbaycanı üz-üzə qoymağa çalışır. Rusiya sülhməramlılarının mandatının daha 10-20 il müddətində uzadılması təklifi də buna hesablanıb. Amma Rusiyanın bu təklif fonunda səssizliyi Ermənistanın planlarını suya düşürmüş olur. Çünki rəsmi Moskva Azərbaycanın sülhməramlıların bölgədə yalnız müvəqqəti qalmasına razılıq verdiyi ilə bağlı qəti siyasi iradəsinin olduğuna əmindir.

İndi isə proseslər Ermənistanın öz əleyhinə çevrilir. Dünən Xankəndində olan mitinqlər, o cümlədən Ermənistan Milli Assambleyasının birincisi, “Artsax”ın statusunun qorunub saxlanılması, ikincisi də Ermənistan Azərbaycanla bağlı hansı müqavilə bağlasa onun leqallığını “Artsax”ın qəbul etməyəcəyi ilə bağlı açıqlamaları  Xankəndi və İrəvanın bir-birinə qarşı müharibəsinin anonsudur.

Politoloq Əziz Əlibəyli bildirir ki, 30 oktyabr Xankəndi mitinqləri antiAzərbaycan mövqeyi kimi izah edilməməlidir: Bu belə deyil. Bu, birbaşa Paşinyana ünvanlanmış addım idi. Xankəndi üzərindən Rusiya öz gücünü göstərir. Bunun ardınca Soçi görüşündə Azərbaycanla Ermənistan arasında razılıq imzalanmasa, Ermənistana qayıtdıqdan sonra həm “Artsax” erməniləri, həm də Ermənistan müxalifəti Paşinyanın əleyhinə çıxış edəcəklər”.
 
//Safura Bənnayeva, Editor.az