Bu yardımlar cəbhədəki vəziyyəti dəyişməyəcək – Rusiya prezidentinin mətbuat katibibackend

Bu yardımlar cəbhədəki vəziyyəti dəyişməyəcək – Rusiya prezidentinin mətbuat katibi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Ukraynaya yeni yardımı hərbi əməliyyatların gedişinə təsir etməyəcək.

Editor.az bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Kreml hesab edir ki, ayrılan pulun böyük hissəsi bu və ya digər şəkildə ABŞ-da qalacaq: “Əsas odur ki, bu, döyüş meydanındakı vəziyyəti dəyişməyəcək.

“Xüsusi hərbi əməliyyat”da iştirak edən Rusiya silahlı qüvvələri öz mövqelərini yaxşılaşdırır və ümumilikdə dinamika indi hamıya tam aydındır”, – Dmitri Peskov brifinqdə bildirib. Rusiya prezidenti Vladimir Putinin ABŞ-ın qərarına münasibəti ilə bağlı suala cənab Peskov “bu, çox gözlənilən idi” cavabını verib. Prezidentin mətbuat katibinin sözlərinə görə, Ukraynaya yeni yardım yeni qurbanlara səbəb olacaq. “Onlar ukraynalılar arasında yeni qurbanlara səbəb olacaq, daha çox ukraynalı öləcək və Ukrayna daha böyük itkilərə məruz qalacaq”, – mətbuat katibi əlavə edib.

Qeyd edək ki, aprelin 20-də ABŞ Konqresinin aşağı palatası – Nümayəndələr Palatası Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib. Qanun layihəsində Kiyevə kompensasiya ödənişləri üçün dondurulmuş Rusiya aktivlərinin müsadirəsi də var. ABŞ rəsmilərinin fikrincə, Ukrayna bu qanun layihəsi çərçivəsində ilk yardımı hələ bu həftə ala bilər.

//Samir Qurbanov, Editor.az