Bu yay çimərliklərə icazə veriləcək? – AÇIQLAMAbackend

Bu yay çimərliklərə icazə veriləcək? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarşıdan çimərlik mövsümü gəlir. Çimərliklərin fəaliyyətinə icazə verilib-verilməyəcəyi isə cəmiyyəti maraqlandıran məsələlərdən biridir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı İlham Məmmədov bildirib ki, çimərliklərin fəaliyyətinə icazə verilməsi hər bir insandan asılıdır:

“Azərbaycanda vaksinasiyanın başa çatması üçün əhali həmrəylik göstərməlidir, çünki vaksinləşmə kollektiv immunitetin əmələ gəlməsi üçün ən vacib elementlərdən biridir. Təbii ki, əgər biz bu prosesi uğurla başa vurarıqsa çimərlik mövsümündən istifadə edə bilərik. Çimərlik mövsümündən yararlanmaq üçün indidən tədbirli olmalıyıq.

Vaksinləşmə ilə yanaşı qoyulan qaydalara da riayət etməliyik. Təbii ki, çimərliklərə icazə verilməsi barədə qərar epidemioloji vəziyyəti nəzərə alaraq Operativ Qərargah tərəfindən veriləcək. Ancaq biz özümüzü dəniz, çimərlik mövsümünə hazırlamaq istəyiriksə, indidən özümüzü qorumalıyıq, vaksinasiya prosesində aktiv iştirak etməliyik. Təbii ki, qaydalara riayət edəriksə, özümüzü qoruyarıqsa yoluxmaların sayı da azalar və epidemioloji vəziyyət yaxşı olar. Belə olan halda isə çimərliklərdən faydalana bilərik.

Çimərliyə getmək istəyənlər indidən qaydalara riayət etməlidir. Təbii ki, əgər yoluxma sayı 4 000-5 000 olarsa, çimərliklərin fəaliyyətinə necə icazə vermək olar?! Bu, virusun daha çox yayılmasına, daha çox insanların ölümünə səbəb olar”.