Buça şəhərində baş verənlər DÜNYA MƏTBUATINDA: “Soyqırım, yoxsa..?-FOTObackend

Buça şəhərində baş verənlər DÜNYA MƏTBUATINDA: “Soyqırım, yoxsa..?-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın paytaxtı Kiyevin şimal-qərbində yerləşən Buçadan Rusiya silahlı qüvvələrinin çıxarılmasından sonra çoxlu sayda mülki vətəndaşın cəsədlərinin tapılması dünya mətbuatında böyük əks-səda doğurub.

Editor.az xəbər verir ki, Ukraynanın baş prokuroru İrina Venediktova Kiyev vilayətinin şəhərlərində 410 mülki vətəndaşın cəsədinin tapıldığını açıqladıqdan dərhal sonra Britaniyanın “Mirror” qəzeti bu hadisəni “soyqırım” başlığı ilə oxucuları ilə paylaşıb.

Ukraynadakı son hadisələri “Bu, əsl barbarlıqdır: Rusiya İşğalında Həyat və Ölüm” başlığı ilə açıqlayan “The New York Times” xəbərlərində Rusiya işğalı altında yaşayan mülki insanların hekayələrinə yer verir. Manşetində Buçadan bir şəkil yer alan “The Guardian” oxucularının qarşısına “Buchada dəhşət: Rusiya mülki insanlara işgəncə verməkdə və qətlə yetirməkdə ittiham olunur” başlığı ilə çıxıb.

“Financial Times” və “The Telegraph” isə Rusiyaya qarşı tətbiq olunacaq əlavə sanksiyaları diqqətə çəkir. Avropa Şurasının sədri Şarl Mişel Buça qətliamından sonra yeni sanksiyaların yolda olduğunu bildirib. Aİ diplomatlarının çərşənbə günü əlavə sanksiyaları müzakirə edəcəyi gözlənilir.

//Gülnarə Abasova, Editor.az