Buça və İrpendə ruslar üçün mühasirə təhlükəsibackend

Buça və İrpendə ruslar üçün mühasirə təhlükəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna hərbçilərinin uğurlu əks-hücumları rus qoşunlarının yenidən qruplaşmasının və Kiyevə hücumunun qarşısını ala bilər.

Bu barədə Editor.az “Evropeyskaya Pravda”ya istinadən məlumat verir. Britaniya Müdafiə Nazirliyinin yaydığı həmin məlumata görə, Ukrayna Kiyevin şimal-şərqində rus qoşunları üzərinə təzyiqləri getdikcə gücləndirir. Bu cəbhədə artıq ruslar ciddi təchizat və mənəvi problemlərlə üzləşib.

“Ukrayna qoşunları paytaxta yaxın şəhərlərdə Rusiyanın mövqelərinə qarşı uğurlu əks-hücumlar həyata keçirir və “ehtimal ki, Makarov və Moşçunu geri alıblar”, – Britaniya MN məlumatında deyilir. Qurum rus bölmələrinin Buça və İrpendə mühasirəyə alınmasını real hesab edir: “Çox güman ki, Ukraynanın uğurlu əks-hücumları Rusiya qoşunlarının yenidən təşkil etmək və Kiyevə qarşı hücumu bərpa etmək imkanlarını pozacaq”. Qeyd edək ki, Pentaqon Ukrayna qoşunlarının şərqdə cəbhə xəttini Kiyevdən 35 kmə qədər uzaqlaşdıra bilib.

Editor.az