Rusiyanın Ukraynaya işğalı davam edərkən Buça şəhərindən gələn dəhşətli görüntülər bütün dünyanı ayağa qaldırıb. Dünyanın hər yerindən bu görüntülərə reaksiyalar artarkən Rusiya mətbuatı Buça küçələrində çəkilən görüntülərdəki şəxslərin aktyor və baş verənlərin ‘”böyük istehsal” əsəri olduğunu iddia edib.
Maraqlıdır, bəs Buçadakı dəhşətli görüntülər sülh danışıqları ilə bağlı müzakirələrə təsir edəcəkmi?
Təhlükəsizlik məsələləri üzrə ekspert Abdulla Ağar açıqlamasında bildirib ki, Buçadakı qətliam görüntüləri sülh və danışıqlar prosesinə ciddi təsir göstərəcək:
“Bu görüntülər tərəflərin qəzəbini, kin və nifrətini dərinləşdirir, müharibəyə məcbur edir. Artıq görüntülərdən bu niyyət və məqsədlə istifadə olunduğunu görürük. Ona görə də çox həssas bir vaxtda prosesə daxil olan qanlı foto, danışıqlara xələl gətirəcək”.
Rusiya-Ukrayna müharibəsini “geosiyasi müharibə” kimi xarakterizə edən Abdullah Ağa Rusiya və ABŞ-ın öz siyasi məqsədlərinə çatmamış bir-birinin quyruğundan əl çəkməyəcəyini, bundan isə Ukraynanın ciddi şəkildə zərər görəcəyini də vurğulayıb.
//Gülnarə Abasova, Editor.az

