“Büdcənin təxminən 45-50 faizi sosial xarakter daşıyır”- ŞƏRHbackend

“Büdcənin təxminən 45-50 faizi sosial xarakter daşıyır”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın büdcədə üç nəhəng istiqaməti var”.

Bu sözləri Editor.az-a müstəqillik dövrünün ən böyük büdcəsinin təsdiqlənməsi ilə bağlı danışarkən millət vəkili Rüfət Quliyev deyib.

Deputat bildirib ki, istiqamətlərdən biri sosial yönümlüdür: “Yəni büdcənin təxminən 45-50 faizi sosial xarakter daşıyır. İkincisi, hərbi inkişafımıza gedən xərclərin artımıdır ki, bu da təbii olaraq təhlükəsizliyimizlə bağlı vacib məqamdır. Üçüncü istiqamət isə Böyük Qayıdışla bağlı olan xərclərdir. Yəni büdcənin əsas sərf olunduğu sahələr bu üç istiqamətdə cəmlənir”.

//Səbinə Hüseynli, Editor.az