Buffon İtaliyanın ilk 10 qat futbolçu çempionu oldubackend

Buffon İtaliyanın ilk 10 qat futbolçu çempionu oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Turin “Yuventus”unun qapıçısı Canluidji Buffon titul sayına görə İtaliya çempionatının rekordunu təzələdi.

Editor.az Trend-ə istinadən bildirir ki, “Yuventus” ardıcıl olaraq 9-cu və tarixdə 36-cı dəfə ölkə çempionu olub. C.Buffonun karyerasında bu A Seriyasında 10-cu, turinli müdafiəçilər Lenardo Bonuççi və Corcio Kellini üçün isə 9-cu qələbəyə sayıldı.

42 yaşlı qapıçı 2001-ci ildən “Yuventus”da oynayır və bu müddətdə cəmi bir mövsümünü “Paris San-Jermen”də keçirib. 12 dəfə İtaliyanın ən yaxşı qapıçısı adını qazanıb, cari mövsümdə isə səkkiz matç keçirib.