Bugünkü güclü və müstəqil Azərbaycan məhz Ulu Öndər Heydər Əliyev siyasətinin əsəridirbackend

Bugünkü güclü və müstəqil Azərbaycan məhz Ulu Öndər Heydər Əliyev siyasətinin əsəridir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümummilli lider Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul tarixi Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcıdır. Həmin vaxt siyasi hakimiyyətə gələn müdrik şəxsiyyət Heydər Əliyev respublikamızın həyatında möhtəşəm dəyişikliyə nail olub, milli, müstəqil dövlətin qurulması üçün zəruri olan bütün işləri görüb, Azərbaycanı həm SSRİ, həm də dünya miqyasında tanıdıb.

1969-cu ilə qədər iqtisadi tənəzzüldə boğulan, SSRİ-nin geridə qalmış aqrar respublikası kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, eyni zamanda, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu, yüksək mədəniyyəti, incəsənəti, alimi, əmək adamı ilə bütün dünyada tanınan bir diyara çevrilmişdi.

Ulu öndər Heydər Əliyevin həmin illərdə milli təhsilin, mədəniyyətin, ordunun inkişafına göstərdiyi qayğı, həmin illərdə atılan möhkəm təməllər, verilən müdrik qərarlar bugünkü Azərbaycan təhsilinin, ordusunun, mədəniyyətinin inkişafının başlanğıcı hesab oluna bilər.

Ona görə də 1969-cu ilin 14 iyulunda ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun başlanğıcı hesab olunur.

Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətinin ikinci mərhələsi də son dərəcə təlatümlü, ziddiyyətli, ictimai-siyasi gərginliklərlə səciyyələnən dövrə təsadüf etmişdir. Buna baxmayaraq, Ulu Öndər özünə xas uzaqgörənlik və siyasi müdrikliklə Vətənimizi düçar olduğu bəlalardan xilas etmək, ölkəmizi sürətlə fəlakətə aparan təhlükəli proseslərin qarşısını almaq üçün mümkün olan hər şeyi etmiş və Azərbaycanı vətəndaş qarşıdurmasından, parçalanmadan xilas etmişdir.

Böyük şəxsiyyət 1993-cü ildə yenə də xalqın çağırışına cavab verərək, Azərbaycanın idarəçilik sükanı arxasına keçmiş, qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürərək onun sürətli icrasına başlamışdır.

Bugünkü güclü və müstəqil Azərbaycan məhz Ulu Öndər Heydər Əliyev siyasətinin əsəridir.

Azərbaycana rəhbərlik etdiyi dövrdə respublikamızın elə bir regionu, bölgəsi, rayonu tapılmazdı ki, ulu öndər Heydər Əliyev oraya bir neçə dəfə səfər etməsin. Məhz bu respublikanın ikinci böyük şəhəri və mədəniyyət mərkəzi olan doğma Gəncəmiz də daima Ulu Öndərin böyük diqqət və qayğısı ilə əhatə olunub.

Ümimilikdə Heydər Əliyev Gəncəyə 8 işgüzar səfər edib. Bu səfərləri iki mərhələyə ayırmaq olar. Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi olduğu 1969-1982 –ci illər və Azərbaycan Respublikasının prezidenti olduğu 1993-2003 cü illər.

Hər iki mərhələdə Heydər Əliyevin Gəncəyə 4 səfəri reallaşıb.

Heydər Əliyevin Azərbaycan respublikasının prezidenti seçildikdən sonra da ilk işgüzar səfərini Gəncəyə etməsi doğma şəhərimizə göstərilən böyük etimadın bariz nümunəsidir.

1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələri dövründə də Gəncə məhz Heydər Əliyevin qətiyyəti sayəsində qardaş qırğınından xilas edildi. Birmənalı şəkildə demək olar ki, Gəncənin ən ağır günlərində Heydər Əliyev həmişə bizimlə olub.

Ölkəmizin bugünkü sürətli inkişaf dinamikası onu deməyə əsas verir ki, ulu öndər tərəfindən əsası qoyulan siyasət Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bütün ölkədə olduğu kimi, Gəncədə də uğurla icra edilir.

Biz hamımız qalib və müzəffər bir ölkənin vətəndaşı olmaqdan qürur duyuruq.

Natavan Məmmədova, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının fəalı