Bulvarda həkimin övladları və anası döyüldü – Rəsmibackend

Bulvarda həkimin övladları və anası döyüldü – Rəsmi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həkim Esmira Qurbanovanın övladının, anasının və anasının rəfiqəsinin naməlum 5 qadın tərəfindən döyülməsi iddiası ilə bağlı bəzi sosial şəbəkə səhifələrində məlumat yayılıb.

Daxili İşlər Nazirliyin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Teleqraf.com-a bildirib ki, hadisə avqustun 1-də Dənizkənarı Milli Park ərazisində baş verib.

Belə ki, vətəndaş E.Babayevanın anası İ.Babayeva və anasının rəfiqəsi A.Nəsirovanın tanımadıqları 3 qadınla aralarında münaqişə yaşanıb. Bununla bağlı müvafiq polis orqanında araşdırma başlanılıb.

Tərəflərin xəsarətlərinin müəyyən edilməsi üçün ekspertiza təyin olunub.

Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.