Bulvarda özünü dənizə atan qadının kimliyi məlum oldu – YENİLƏNİB + VİDEObackend

Bulvarda özünü dənizə atan qadının kimliyi məlum oldu – YENİLƏNİB + VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dənizkənarı Milli Park ərazisində intihara cəhd edən şəxsin kimliyi məlum olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində bir nəfərin dənizdə batma təhlükəsi ilə bağlı hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 1985-ci il təvəllüdlü N.Cavadova dalğıclar tərəfindən xilas edilib.

 

21:52

Bulvarda intihara cəhd hadisəsi olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Bildirilib ki, qadın və azyaşlı uşaq dənizə tullanıblar.

Hadisə şahidlərinin sözlərinə görə, uşaq şəhər sakinlərinin köməyi ilə dənizdən sağ-salamat çıxarılıb.

Qadının isə FHN-in xilasediciləri tərəfindən dənizdən çıxarıldığı bildirilir.