Bulvarda qadın özünü dənizə atdı – VİDEObackend

Bulvarda qadın özünü dənizə atdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Editor.az  lent.az-a istinadən bildirir ki, bu barədə FHN xəbər yayıb.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 38 yaşlı C.Əliyevanı dalğıclar xilas edib, ilkin yardım göstərilib və aidiyyəti üzrə təhvil verilib.