“Bumboks” qrupunun lideri: “Sizi görüm, öz “rus dünyanızla” lənətə gələsiniz!”backend

“Bumboks” qrupunun lideri: “Sizi görüm, öz “rus dünyanızla” lənətə gələsiniz!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bumboks” qrupundan Andrey Xlıvnyuk, atası işğalçılar tərəfindən öldürülən beş yaşlı qızın hekayəsini danışıb. Bu zaman o, duyğularını çətinliklə cilovlayıb.

Bu barədə Editor.az “Unian.net”ə istinaən məlumat verir. “Humanitar yüklərin (əsasən dərmanlar, qida, su, günəbaxan yağı) döyüş bölgəsinə çatdırılarkən beş yaşlı qızın anası ilə söhbətdən: ata güllələnib, uşaq isə harasa getdiyini zənn edir”. “Qız, bir buna bax, kinder-sürpriz!, Adın nədir? Oyyy, Kinder-sürpriz! Atam indi qayıdıb mənə bir çoooox kinder-sürprizlər gətirəcək”, – Andrey Xlıvnyuk uşaqla söhbətindən bu sözləri təkrarlayıb və “Sizi görüm, öz “rus dünyanızla” lənətə gələsiniz” –deyə işğalçılara sərt şəkildə müraciət edib.

Xatırladaq ki, daha əvvəl müğənni rus işğalçılarının atəşi zamanı üzündən qəlpə yaraları almışdı. Bir müddət xəstəxanada qaldıqdan sonra o, yenidən ərazi müdafiəçilərinin sıralarına qayıdıb.