Buna görə şokdayam – Musa Qurbanlı DANIŞDIbackend

Buna görə şokdayam – Musa Qurbanlı DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həmin epizodda topu qapıdan keçirə bilmədiyim üçün şokdayam.

Bunu İsveçin “Yurqorden” klubunun azərbaycanlı futbolçusu Musa Qurbanlı ölkə çempionatının XXIII turunda “Varnamo” ilə keçirilən oyunun 58-ci dəqiqəsində boş qapını dəqiq nişan ala bilmədiyi epizodu dəyərləndirərkən deyib.

22 yaşlı hücumçu öz meydanlarında gerçəkləşən matçda 1:2 hesablı məğlubiyyətə layiq olmadıqlarını söyləyib: “Qol vura bilmədiyim epizodda top qapıdan necə oldu keçmədi, başa düşə bilmirəm. Amma futbolda belə hallar olur. Mübarizəni davam etdirməliyəm. Fikrimcə, bu qarşılaşmada qələbə qazanmalı idik. İkinci hissəni çox yaxşı keçirdik, qol imkanları yaratdıq. Mənim də bir neçə şansım oldu. Matçı çevirə bilərdik, təəssüf ki, alınmadı”.

Forvard sentyabrın 24-də AİK-ə qarşı keçirəcəkləri növbəti tur matçına hazırlaşacaqlarını vurğulayıb: “Bizim üçün çətin axşam oldu. Lakin bunu unudub, AİK-lə derbini gözləyəcəyik. Çempionatda komandalar bir-birilərinə yaxındırlar. Mövsümün sonuna qədər mübarizəmizi davam etdirəcəyik”.

Qeyd edək ki, “Yurqorden” hazırda 40 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Publika.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!