“Buna son qoyaq”: ABŞ konqresmeni atom bombasından istifadəyə çağırır – VİDEObackend

“Buna son qoyaq”: ABŞ konqresmeni atom bombasından istifadəyə çağırır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı jurnalistlər ABŞ Nümayəndələr Palatasının Respublikaçı üzvü Tip Uolberqlə Miçiqan ştatında seçicilər arasında keçirilən görüşün videosuna diqqət çəkiblər.

Onlar konqresmenin Qəzza zolağına atom bombası atmağı təklif etdiyindən şübhələnirlər.

Qeyd olunur ki, seçicilərdən biri 72 yaşlı siyasətçiyə humanitar yardımların çatdırılması üçün Qəzza sahillərində liman tikintisinin zəruriliyi barədə sual verib. Uolberq cavabında bildirib ki, Vaşinqton bu məqsədlər üçün bir sent belə xərcləməməlidir.

“Hər şey Naqasaki və Xirosimadakı kimi olmalıdır. Biz buna mümkün qədər tez son qoymalıyıq”, – Uolberq çağırıb.

Konqresmenin ofisindən isə bildirilib ki, siyasətçi o sözləri məcazi mənada işlədib.