“Buna xəyanətdən başqa nə ad vermək olar?” – Deputatdan sərt açıqlamabackend

“Buna xəyanətdən başqa nə ad vermək olar?” – Deputatdan sərt açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanlılara qarşı çoxsaylı soyqırımları, kütləvi qırğınlar və deportasiyalar həyata keçirmiş erməni millətçiləri, eyni zamanda, minlərlə tarixi abidələri, nadir maddi və mənəvi mədəniyyət əsərlərini, məscidləri, minarələri, qəbiristanlıqları yerlə-yeksan ediblər. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun haqq savaşında qazandığı möhtəşəm qələbə həm də Ermənistanın işğalçılıq, vandalizm siyasətini təsdiqlədi, ermənilərin əsl simasını dünyaya nümayiş etdirdi”.

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Millət vəkili qeyd edib ki, 30 ilə yaxın əsarətdə qalan torpaqlarımızda ermənilər dünyada görünməmiş vəhşiliklər törədiblər:

“Dağıdılmış tarixi abidələr, məscidlər, qəbiristanlıqlar, xarabalığa çevrilmiş şəhərlər, kəndlər… Hər addımda Ermənistanın vandalizmi, irqçiliyi, etnik-dini dözümsüzlüyü dövlət siyasətinə çevirmiş islamofob ölkə olmasının izlərinə rast gəlinir. 30 ildir beynəlxaq hüquqa məhəl qoymayan bu ölkə donuz tövləsinə çevrilərək təhqir edilən məscidlərin, abidələrin timsalında birmənalı olaraq bütün İslam dininə olan münasibətini nümayiş etdirib. Təəssüflər olsun ki, ermənilərin Azərbaycan ərazisində müsəlman məscidlərinə, dini inanc ocaqlarına qarşı törətdikləri vandalizm aktlarına, İslam dünyasının müqəddəs ocaqlarının təhqir olunmasına göz yuman, hətta Ermənistanla münasibətlərini davam etdirən, əməkdaşlıq edən müsəlman dövlətləri var. Onlar Azərbaycana, İslam dininə qarşı bütün çirkin oyunlarda erməninin yanında dururlar. Buna İslam birliyinə xəyanətdən başqa nə ad vermək olar?”.

Deputat deyib ki, dövlət başçısı İlham Əliyev dəfələrlə beynəlxalq kürsülərdən, beynəlxalq tədbirlərdə məscidlərimizi, İslam dinini təhqir edən işğalçı Ermənistanın müsəlman ölkələri ilə dostluğuna münasibətini bildirib. O, məscidləri dağıdan, oraya inək salan Ermənistanın müsəlman ölkələri ilə dost münasibətinin riyakarlıq olduğunu qeyd edib:

“Ölkə Prezidenti İlham Əliyev Şuşa şəhərindəki Saatlı məscidini ziyarət edərkən xüsusi ilə vurğulayıb ki, Ermənistan daim müsəlman ölkələri ilə münasibətlər qurmağa, bəzi ölkələrlə münasibətləri inkişaf etdirməyə, özünü sanki müsəlman xalqlarına müsbət münasibət bəsləyən bir ölkə kimi qələmə verməyə çalışır. Hamısı yalandır. Əgər buna kimsə bu günə qədər inanıbsa, gəlsin Şuşaya, Ağdama, Füzuliyə, Cəbrayıla, bizim azad edilmiş digər torpaqlara, görsün ki, Ermənistan rəhbərliyi nə günə salıb müsəlman məscidlərini. Hər bir müsəlman üçün müqəddəs olan məbədlərimizi nə günə salıb. Dağıdıb, təhqir edib, donuz saxlayıb, inək saxlayıb, məscidlərimizin üzərində təhqiramiz ifadələr yazdırıb. Belə bir ölkə müsəlman ölkələri ilə dost ola bilərmi? Əlbəttə ki, yox”. Dünya dövlətlərinin və beynəlxalq təsisatların beynəlxalq aləmdə müsbət imici olmayan Ermənistana etibar etmədikləri halda bəzi müəslman dövlətlərinin işğalçı ölkə ilə əməkdaşlıq əlaqələri qurması gülünc görsənir. O ölkələr bilmirlərmi ki, Ermənistan barbar, vandal, islamofob ölkədir və bütün dünya üçün təhlükə saçır?”.