“10 noyabr üçtərəfli razılaşmasının imzalanmasından bu günə qədər Ermənistan heç bir öhdəliyi yerinə yetirmir. Zəngəzur dəhlizinin açılması, Qarabağdan erməni silahlı birləşmələrinin çıxarılması və digər bəndlərin heç biri yerinə yetirilmir”.
Bu sözləri Editor.az-a açıqlamasında Ağ partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli deyib.

O, bildirib ki, 10 noyabr bəyannaməsinin 4-cü bəndinə uyğun olaraq rus sülhməramlıları erməni silahlı birləşmələrini Qarabağdan çıxartmalıdır, lakin əksinə Rusiya erməni terroçularının yenidən ərazilərimizə yerləşməsinə göz yumur:
“Bəyanatın artıq heç bir şərtinə əməl olunmur. Rus “sülhməramlı”larının gözü önündə onların nəzarət etdiyi ərazilərdə erməni silahlı birləşmələri istədikləri kimi hərəkət edirlər. Artıq Azərbaycan 10 noyabr razılaşmasından birdəfəlik imtina etməli, rus sülhməramlılarının nəzarətində olan əraziləri və Laçın dəhlizini nəzarətə götürməlidir, başqa yolumuz yoxdur! “.
//Gülnarə Abasova, Editor.az

