Amerikanın ən böyük şirkətlərindən olan “Amazon” Rusiya və Belarusa mal göndərməyi dayandırıb. Bundan əlavə, Amazon Web Services Rusiya və Belarusdan olan yeni istifadəçiləri qeydiyyatdan keçirməkdən imtina edərkən, onların
Amazon Prime Video axın xidmətinə girişni yasaqlayıb. Bu barədə Editor.az “Amerikanın səsi”nə istinadən xəbər verir. Yel Universitetinin məlumatına görə, Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri 300-dən çox xarici şirkət Rusiya ilə əməkdaşlığı məhdudlaşdırdıqlarını və ya dayandırdıqlarını açıqlayıb. Onların arasında OBI beynəlxalq tikinti və məişət malları mağazaları şəbəkəsi, kosmetika və ətir istehsalçısı Estee Lauder Companies, McDonald’s, Starbucks, Coca-Cola, moda brendləri Zara, Pull&Bear, Massimo Dutti, Bershka, Marks & Spencer, Mango, H&M və başqaları da var.
Editor.az

