Əfqanıstan İslam Əmirliyinin (BEA) Ali Rəhbəri Həybətullah Axundzadə evlərin dizaynını və tikintisini qadınların pəncərələrindən görünməməsi üçün tənzimləyən fərman verib.
Editor.az bildirir ki, bu barədə “Tolo news” informasiya nəşrinin Telegram kanalı yazıb. Beş bənddən ibarət sənəddə bildirilir ki, pəncərələr elə yerləşdirilməlidir ki, qadınlar istirahət edərkən və ya yemək hazırlayarkən qonşu binalardan görünməsin.
Fərmanda deyilir ki, əgər kimsə evin yanında ev tikmək istəyirsə, onun qonşunun mətbəxinə, onun quyusuna və ya qadınların adətən oturduğu yerlərə pəncərə qoymağa haqqı yoxdur. Bu tələb yerinə yetirilmirsə, “qonşuya zərər verməmək” üçün belə bir pəncərənin qarşısında hündür divar çəkilməlidir.
//Samir Qurbanov, Editor.az