“Bundan sonra yeni bir mərhələ – quruculuq dövrü başlayır” – Spikerbackend

“Bundan sonra yeni bir mərhələ – quruculuq dövrü başlayır” – Spiker

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ilin ən əsas hadisəsi və ən əsas nəticəsi Vətən müharibəsində əldə olunmuş tarixi zəfər, torpaqlarımızın işğaldan azad olunmasıdır.

Editor.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib..

S.Qafarova bildirib ki, Vətən müharibəsində əldə olunmuş qələbə nəinki 2020-ci ilin ən yaddaqalan hadisəsidir, eyni zamanda, tariximizə parlaq hərflərlə yazılmış, milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq möhtəşəm bir qələbədir.

“Bundan sonra yeni bir mərhələnin – quruculuq dövrünün başlandığını” – deyən xanım spiker qeyd edib ki, bu dövrdə görüləcək tədbirlər, qarşıda duran vəzifələr müşavirədə cənab Prezident tərəfindən aydın şəkildə ifadə edildi: “Əminəm ki, bu vəzifələrin yerinə yetirilməsi Azərbaycanın uğurla, inamla inkişafına töhfə verəcək”.