Bundestaq Almaniya hökumətini Ukraynaya uzaqmənzilli raketlər verməyə çağıran qətnaməni təsdiqləyibbackend

Bundestaq Almaniya hökumətini Ukraynaya uzaqmənzilli raketlər verməyə çağıran qətnaməni təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya parlamentinin aşağı palatası (Bundestaq) Almaniya hökumətini Ukraynaya uzaqmənzilli raketlər verməyə çağıran qətnaməni təsdiqləyib.

Sənədi 382 deputat dəstəkləyib, 284 deputat əleyhinə səs verib, ikisi bitərəf qalıb.

Editor.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb. Agentlik dəqiqləşdirib ki, uzaqmənzilli raketlərin tədarükü çağırışı Almaniya Sosial Demokrat Partiyası (SPD), Yaşıllar Partiyası və Azad Demokrat Partiyasından (FDP) olan deputatlar tərəfindən dəstəklənib.

DPA qeyd edir ki, Yaşıllar və FDP-nin bir çox üzvləri üçün qətnamənin qəbulu Ukraynanı “Taurus” ilə təmin etmək çağırışı deməkdir. Eyni zamanda, SPD fraksiyası rəhbərinin müavini Qabriela Haynrix bildirib ki, sənədin mətni mütləq “Taurus”un Kiyevə tədarükünün təsdiqlənməsi demək deyil. O, qeyd edib ki, bu, “təfsir məsələsidir”, – agentlik xəbər verir. “Taurus” 500 km-ə qədər mənzilli, döyüş təyyarələrindən buraxılan raketdir.

Bu tip raket komanda bunkerləri və ya sursat anbarları kimi möhkəmləndilmiş hədəflərə qarşı son dərəcə effektiv hesab olunur. Almaniya hakimiyyəti indiyədək Ukraynaya Taurus tədarükündən imtina edib. “Bild”in məlumatına görə, müvafiq qərar Almaniya kansleri Olaf Şolzun “komandanın yüksək rütbəli üzvləri” səviyyəsində qəbul edilib. İddialara görə, alman hakimiyyəti “Taurus”ın Rusiya ərazisinə hücumlar üçün istifadə olunacağından ehtiyat edir.

//Samir Qurbanov, Editor.az