Bunlar cinayət məsuliyyəti yaradır: Ermənistanın əməlləri cəzasız qaldığı üçün OYUNBAZLIQDAN əl çəkmirbackend

Bunlar cinayət məsuliyyəti yaradır: Ermənistan əməlləri cəzasız qaldığı üçün OYUNBAZLIQDAN əl çəkmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan bütün mina xəritələrini Azərbaycana verib. Ancaq problem ondan ibarətdir ki, bu xəritələrin dəqiqlik dərəcəsi çox aşağıdır. Bu da bizim nə qədər hiyləgər və mənfur düşmənlə üz-üzə olmağımızın sübutudur. Bu baxımdan gələcək perspektivdə Ermənistan rəhbərliyi ilə danışıqlar apardığımız hansısa məsələlər üzərində anlaşma imzalanarkən bunları ciddi nəzərə almaq lazımdır. Çünki bu mənfur  düşmənin rəhbərliyinin heç bir verdiyi vəd, imza atdığı sənəd heçnə ifadə etmir. Ona görə də biz bu cür problemlərlə zaman-zaman üzləşəcəyik və bunun qarşısını almağın yolu yalnız ərazilərin minalardan tam təmizlənməsi ola bilər. Bu da zaman aparan prosesdir”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı beynəlxalq təşkilatların Ermənistanı cəzalandıracağını gözləmək boşunadır:

“Kimsə bundan ötrü Ermənistanı cəzalandırmaq fikrində deyil. Ən azından ortada 28 illik işğal yetərli idi ki, beynəlxalq hüquq çərçivəsində Ermənistan cəzalandırılsın. Ancaq sentyabrın 27-si 2020-ci ilə qədər elementar iqtisadi sanksiya belə Ermənistana qarşı tətbiq olunmadı. Ancaq bu o demək deyil ki, biz əl-qolumuzu qatlayıb oturacağıq. Belə məsələlərdə mütləq ciddi tədbirlər görməliyik. Gecikmək olmaz. Xüsusilə Azərbaycanın mülki şəxslərinin kütləvi qırğın silahları ilə qətl cinayətləri və bu konteksdə 28 illik işğal nəticəsində Azərbaycan dövləti və cəmiyyətinə maddi, mənəvi, mədəni yöndə dəyən zərərlər baxımından beynəlxalq cəza məhkəməsində məsələ qaldırmalıyıq. Ən azından bunun təzminatı Azərbaycan dövlətinə ödənilməlidir və bu istiqamətdə  beynəlxalq məhkəmələrin konkret qərarları olmalıdır”.

N. Miri hesab edir ki, beynəlxalq hüquq normalarına uyğun olaraq Ermənistan saxta mina xəritələrinə görə məsuliyyət daşıyır:

“Çünki bu günə qədər artıq yüzdən artıq insan mina partlaması nəticəsində həyatını itirib, yaralanıb. Bu da cinayət məsuliyyəti yaradır. Bunun qarşısını almağın ilkin yollarından biri ehtiyatlı davranmaqdır. Bu gün sərhədlər o qədər şəffafdır ki, çox rahatlıqla Ermənistan hərbi kəşfiyyat qrupları bizim əsgərlərin keçdiyi ərazilərə yeni minalar da döşüyə bilər. Bu istiqamətdə də ciddi nəzarət və həssaslıq olmalıdır. Necə olur ki, dünənə qədər həmin ərazilərdən keçən hərbiçi minaya düşmür amma bu gün ordan keçən hərbiçi partlama nəticəsində həlak olur?   Bu məsələ yeni minalardan xəbər verir.  Digər tərəfdən tam təmizlənməyən sahələrdə Azərbaycan əsgərləri ehtiyatlı olmalıdır. Biz bu bəla ilə bir müddət yaşamaq məcburiyyətindəyik. Bu həm əsgərlərə, həm də mülki şəxslərə aiddir. Məlum olduğu kimi, işğaldan azad olunan ərazilərimizdə yüz minlərlə minalar basdırılıb və bu minaların qısa zamanda təmizlənməsi qeyri-mümkündür. Bu istiqamətində dövlət tərəfindən ciddi tədbirlər görülür. Yeni robot maşınlar, mina təmizləyici vasitələr alınır, mina təmizləyən qruplar intensiv fəaliyyət göstərirlər.  Biz sadəcə ehtiyatlı davranmalı, diqqətli olmalıyıq. Hər bir halda Ermənistanın mina xəritələri ilə bağlı saxtakarlığı barədə Avropa İnsan Haqları Məhkəməsinə, Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edilməlidir. Ermənistan çox vaxt əməlləri cəzasız qaldığı üçün oyunbazlıqdan əl çəkmir. Bu  dəfə cəzasız qalmayacaqlarını bilməlidirlər. Əks halda bu bəla bizim başımızdan heç bir zaman əskik olmayacaq”.

//Gülnarə Abasova, Editor.az