Bunu etməsək, martda 3-cü dalğa gələcək – Professorbackend

Bunu etməsək, martda 3-cü dalğa gələcək – Professor

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusa qarşı tətbiq edilən qaydalar yumşalsa, mart ayında üçüncü dalğanın gəlməsi ehtimalı çox uzaq olmaz.

Editor.az xəbər verir ki, bunu Türkiyə Səhiyyə Nazirliyinin Koronavirusla Mübarizə Elmi Şurasının üzvü professor Serap Şimşek Yavuz deyib.

Onun sözlərinə görə, qaydalar bu gündən etibatən yumşaldılsa, martda hər kəsin gözlədiyi 3-cü dalğa gələcək: “Pandemiya üçün 1-2 il uzun müddət deyil. Peyvəndlər də olsa, qarşıdakı ildə daha gözəl günlərin olmasına ümid edə bilərik. Hazırda kütləvi hərəkətlilik artmamalıdır. Müəyyən səviyyələrə bağlı olaraq məktəblər açıla, sosial hərəkətlilik təmin oluna bilər. Qapalı məkanlarda maskaların çıxarılması düzgün deyil. Maskalardan doğru istifadə müdafiəni təmin edir”. (publika.az)