Bunu yazanları cəzalandırın – Paşinyanbackend

Bunu yazanları cəzalandırın – Paşinyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yol tikintisi sahəsində baş verən dəyişikliklərin yüksək vəzifəli məmurların ailələri ilə bağlı olduğu təəssüratının yaradılmasına ardıcıl cəhdlər edilir.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Paşinyan bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib:

“Bizim Antikorrupsiya Komitəmiz var, mən Baş prokurordan və Milli Təhlükəsizlik Xidmətindən xahiş edirəm ki, mətbuatın bununla bağlı məlumatlarını cavabsız qoymasınlar.

“Belə təəssürat yaratmağa çalışırlar ki, biz asfaltla bağlı qanunsuz faiz (“otkat”) almağa yığışmışıq. Buna nail ola bilməyəcəklər. Əvvəlki hakimiyyətin ailə üzvləri də tenderlərdə qalib gəlir və biz narazı deyilik, çünki yaxşı işləyirlər”, – Paşinyan bildirib.

Qeyd edək ki, bir müddət öncə erməni mətbuatı “Avroasfalt” şirkətinin ölkə parlamentinin spikeri Alen Simonyanın qardaşı Karlen Simonyana məxsus olduğunu yazmışdı./axar.az