“Bunun nə zaman və hansı məqamda genişmiqyaslı qarşıdurmaya çevriləcəyi sual altındadır”- Tofiq Abbasovdan MARAQLI AÇIQLAMAbackend

“Bunun nə zaman və hansı məqamda genişmiqyaslı qarşıdurmaya çevriləcəyi sual altındadır”- Tofiq Abbasovdan MARAQLI AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yerli və xarici mətbuatda, sosial şəbəkələrdə ötən gündən İsrail Hərbi Hava Qüvələrinə məxsus dronların İranın hərbi aviasiya mərkəzlərini, o cümlədən hərbi zavodlarını vurmasından, habelə İrana qarşı hərbi əməliyyatların həyata keçirilməsi ehtimalından danışılır.

Məsələ ilə bağlı Editor.az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, İranın hərbi obyektlərinin dağıdılması ilə bağlı bir çox şayiələr öz təsdiqini tapmadı:

” Əsas hadisə İsfahanda baş verib. Çünki İsfahan və onun ətrafı nüvə obyektləri ilə əhatələnib. Nüvə obyektləri adətən çox dərin, qalın qatların altında mühafizə olunur. Bunu dağıtmaq üçün bombalar yalnız ABŞ-da var. Bu, sadəcə İrana bir mesaj idi ki, siz əlçatansız və istənilən anda istənilən obyektiniz vurula bilər. Ancaq həm də xarici KİV təsdiqləyir ki, İranın həm də hava hücumlarından qoruma vasitələri işləyib və bir çox bombalar ya partlamayıb, ya da göydə partlayıb. Bu mesajın arxasında İsraillə İranın və bu iki tərəfin ətrafında olan müttəfiqlərin qiyabi qarşıdurması gedir. İranın hadisələrə cavab verəbilmə imkanları var. Ancaq necə və hansı formada cavab verəcək, bunu hələ ki heç kəs bilmir”.

Politoloq hesab edir ki, yaxın zamanda İran əks-hücuma Suriya, İraqın Kürdüstan ərazisindən İsrailin mövqelərinə zərbə endirməklə başlayacaq:

” İran artıq bu istiqamətlərdə çoxdan hərəkətə keçib. Hətta İraq Kürdüstanında bir neçə yaraqlılar, kürd peşmərkələrinin təlimləri İran mütəxəssisləri tərəfindən keçirilən bazaları İran tərəfindən raket hücumları ilə məhv edib və orada xeyli sayda tələfat olub. İsrail və ətraf qüvvələrin əks hücuma keçməsi təsadüfi deyil. Nəhayət Qüdsdə də son günlər ərzində dəhşətli hadisələr yaşandı, terror aktında 13 nəfər həlak oldu, onun müqabilində İsrail ordusu əks hücuma keçərək 13 fələstinlini qətlə yetirdi. Bu məsələdə də İranın əli sezilir. Ona görə haqqında danışdığımız İran hərbi obyektlərinə olan hücumlar təsadüfi deyil. Biz qiyabi yox əyani zərbələr mübadiləsinin şahidi oluruq. İnanmıram ki, hər iki tərəf qırmızı xətti keçsin. Ancaq hərbi baxımdan İran zəif ölkə deyil. Buna baxmayaraq qırmızı xəttə yaxınlaşmaq nə Tehranın, nə Təl-Əvivin niyyətindədir. Hələ ki, hər iki tərəf mövqe mübarizəsinə qatılıb və sadəcə bir-birini təhdid edərək zərbələrlə qorxudurlar. Bunun nə zaman hansı məqamda genişmiqyaslı odlu qarşıdurmaya çevriləcəyi isə sual altındadır. İran tərəfi hazırda istintaq aparır. Araşdırmaların nəticəsinə uyğun olaraq İran tərəfi cavab verəcək”.

//Gülnarə Abasova, Editor.az