“Bunun nəticələrini özünü bizə düşmən hesab edən ölkələr fikirləşsin”- TÜRKİYƏ-AZƏRBAYCAN GÜCÜbackend

“Bunun nəticələrini özünü bizə düşmən hesab edən ölkələr fikirləşsin”- TÜRKİYƏ-AZƏRBAYCAN GÜCÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə-Azərbaycan münasibətləri strateji müttəfiqlikdən də irəli iki qardaş ölkə münasibətdir. Bu kontekstdə Türkiyənin Azərbaycanın mövcud problemləri, o cümlədən, Qarabağla əlaqəli qətiyyətli addımlar atmaq istəməsindən təbii heç nə ola bilməz”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

O bildirib ki, Türkiyənin Cənubi Qafqaz regionunun aktiv oyunçusu rolunda çıxış etməsi onun regional gücdən beynəlxalq gücə çevrilməsi yolunda əsas addımı hesab oluna bilər:

“Cənubi Qafqaz ölkələri Türkiyənin maraq dairəsində olan yaxın çevrəsidir. Burdakı hadisələrdə də Türkiyənin söz sahibi olmaq istəyi adı faktdır. Azərbaycanda Türkiyə hərbi bazalarının yerləşdirilməsi məsələsini Rusiya və Ermənistan informasiya vasitələrinin iddia etməsi isə onların qorxularını dilə gətirməsidir. Baza oldu, ya olmadı Türkiyə hər zaman Azərbaycanın yanındadır. Azərbaycanda Türkiyə bazaları hər an qurula bilər, amma bu, Azərbaycanla Türkiyənin biləcəyi işidir. Azərbaycan konstitusiyasına əsasən heç bir başqa ölkənin hərbi bazaları Azərbaycan ərazisində yerləşə bilməz. Amma Türkiyə başqa ölkə deyil, eyni zamanda, iki dövlət arasında “Şuşa bəyannaməsi” bağlanıb. Bu, iki ölkəni demək olar ki, eyni ölkə statusuna gətirib. Bir ölkənin təhlükəsizliyi digər ölkənin təhlükəsizliyi hesab olunur. Odur ki, Azərbaycanda Türkiyə bazaları oldu, ya olmadı heç nəyi dəyişmir. Lazım olan anda Türkiyə ordusu Azərbaycanda, Azərbaycan ordusu da Türkiyədə ola bilər. Bunun nəticələrini özünü bizə düşmən hesab edən ölkələr fikirləşsin”.

//Gülnarə Abasova, Editor.az