“Bunun qarşısı alınmasa, Qarabağda belə təxribatların sayı arta bilər” – Elxan Şahinoğlubackend

“Bunun qarşısı alınmasa, Qarabağda belə təxribatların sayı arta bilər” – Elxan Şahinoğlu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyanın ölkəsində reytinqi 44 günlük müharibədən sonra xeyli aşağı düşüb və parlament seçkilərinə gedir. Reytinqini müəyyən qədər bərpa etmək üçün göstərmək lazımdır ki, guya hər şeyə nəzarət edir.

Bunu Milli.Az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Ermənistandan Qarabağa qanunsuz səfərlərin qarşısı Rusiya hərbçiləri tərəfindən alınmalıdır:

“Paşinyan ona görə Təhlükəsizlik Şurasının iclasında Araik Arutyunyanın iştirakı ilə iclas keçirir, nazirlərini qanunsuz şəkildə Qarabağa göndərir. Bununla guya göstərmək istəyir ki, proses nəzarəti altındadır, qondarma Dağlıq Qarabağ “müstəqilliyini”, varlığını sürdürür və proseslərə təsir edə bilir. Ona görə Ermənistan tərəfindən bu təxribatlar davam edir. Amma biz bu təxribatların qarşısını almalıyıq. Görünür ki, Rusiya hərbiçiləri Laçın dəhlizində prosesi nəzarət altında saxlamaq istəmirlər. Ona görə orada Azərbaycan sərhədçiləri yerləşməli və gediş-gəlişə nəzarət etməli və Ermənistandan qanunsuz səfərlərin qarşısı alınmalıdır. Bunu biz etməsək, çox təəssüf ki, belə təxribatların sayı da arta bilər.

Dağlıq Qarabağ separatçıları yalandan deyirlər guya orada onların orduları var, istehkamları var. Bu məsələyə də biz gərək aydınlıq gətirək. Onların orduları da olmamalıdır, silahlı qüvvələri də olmamalıdır. Orada olan bütün silahlılar tərkisilah olunmalıdırlar. Bir neçə gündən sonra Ağdamda monitorinq mərkəzi qurulur, türkiyəli hərbiçilər gəlir. Bu prosesi sürətləndirməliyik”.