Burakı evdən qovduğu iddialarını yalanladıbackend

Burakı evdən qovduğu iddialarını yalanladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli model Didem Soydan aktyor sevgilisi Burak Dənizlə qalmaqal yaşaması haqda xəbərlərə aydınlıq gətirib.
Editor.az axşam.az-a istinadən bildirir ki, bir neçə gün əvvəl “Maraşlı” serialında tərəf müqabili olan B.Dəniz ilə Alina Bozun “Şamdan Plus” jurnalının Sevgililər Gününə özəl buraxılışı üçün kamera qarşısına keçmələri və kadrarxası görüntülərdəki səmimiyyətləri D.Soydanı qəzəbləndirdiyi, aktyoru evdən qovduğu iddia edilmişdi.

Didem Soydan “17 ildir modellik edən insan çəkilişi qısqanar?” deyə, “Milliyet” qəzetinə açıqlama verib.