Burkina Fasoda terror: 6 nəfər həlak oldubackend

Burkina Fasoda terror: 6 nəfər həlak oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Burkina-Fasoda Qana və Toqo sərhədi yaxınlığında törədilən terror aktı nəticəsində 6 nəfər həlak olub.
Editor.az yerli mediaya istinadən xəbər verir ki, naməlum silahlı terrorçular Bittou şəhərinin Boulqou rayonunda, Qana və Toqo ilə sərhəddə yerləşən petank klubuna basqın ediblər.

Hücum edənlərin açdığı atəş nəticəsində 4-ü müəllim olmaqla 6 mülki şəxs həyatını itirib.

Xatırladaq ki, qonşu ölkə Malidəki “Əl-Qaidə” və “İŞİD”ə bağlı terror qruplaşmaları 2015-ci ildən bəri Burkina Fasonun şimalına və şərqinə tez-tez hücumlar təşkil edir.

Hökumətin məlumatına görə, 2015-ci ildən 2021-ci ilin dekabrına qədər olan hücumlarda 600-ü təhlükəsizlik qüvvələri olmaqla 2000 nəfər həlak olub.

//Samir Qurbanov, Editor.az