“Bütün bu amillər hazırda Vaşinqton rəsmilərini ciddi şəkildə qıcıqlandırır”-ŞƏRHbackend

“Bütün bu amillər hazırda Vaşinqton rəsmilərini ciddi şəkildə qıcıqlandırır”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Görünür, bir sıra ABŞ rəsmi dairələri Azərbaycanın prinsipial və  qətiyyətli mövqeyindən narahat olurlar. Azərbaycab kifayət qədər konkret addımlarla Ermənistana sübut edir ki, ərazi bütövlüyü ən başlıca məsələdir və daxili işinə heç bir dövlət müdaxilə edə bilməz”.

Bu fikirləri Editor.az-a açıqlamasında diplomat, politoloq Fikrət Sadıxov deyib.

Politoloq Laçın yolunla quraşdırılan postun bir çox xarici qüvvələri narahat etdiyinə diqqət çəkib:

“Azərbaycan separatçıları Ağdam-Xankəndi yolundan istifadə etməyə məcbur edib. Nəhayət qətiyyətlə bəyan edirik ki, Qarabağda yerləşdirilən 10 min qeyri-qanuni erməni dəstələri ərazilərimizi tərk etməlidir. Bu da narahatçılıqların bir səbəbidir. Azərbaycan heç kəsə yaxşı oyunçu olmaq naminə öz maraqlarını qurban vermir və verməyəcək. Dövlət maraqları ən yüksək səviyyədə saxlanılır. Bütün bu amillər hazırda Vaşinqton rəsmilərini ciddi şəkildə qıcıqlandırır. Hansısa ölkənin narazılığı Azərbaycanı maraqlandırmamalıdır”.

//Gülnarə Abasova, Editor.az