“Bütün bu müzakirələrdə Azərbaycanın üstün mövqeyi bəllidir”- Millət vəkili Münxendə baş tutan mühüm görüşü ŞƏRH EDİRbackend

“Bütün bu müzakirələrdə Azərbaycanın üstün mövqeyi bəllidir”- Millət vəkili Münxendə baş tutan mühüm görüşü ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Münxen Təhlükəsizlik Konfransı kifayət qədər maraq doğuran beynəlxalq platformadır. Burada ölkəmizin maraqlarının ən yüksək səviyyədə təmin edilməsi önəmli faktordur. Beynəlxalq səviyyədə böyük rəğbət qazanan Azərbaycan Prezidenti tədbir çərçivəsində bir sıra görüşlər keçirdi. Prezident İlham Əliyevin fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasda çıxışı həm tədbir iştirakçıları, həm də dünya ölkələrində böyük maraq doğurdu”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov deyib.

Millət vəkili plenar iclasda toxunulan bir sıra məsələlərə diqqət çəkib:

“Prezident İlham Əliyev Rusiya – Ukrayna müharibəsi ilə bağlı danışarkən Azərbaycan xalqının müharibənin nə olduğunu bildiyini qeyd edib Avrasiyada sülhün bərqərar olmasını istədiyimizi vurğuladı. Bu, o deməkdir ki, Azərbaycan münaqişənin həllində töhfə vermək marağındadır. Azərbaycan Prezidenti müharibənin gətirdiyi çətinlikləri ifadə edərək sülh çağırışı etdi. Azərbaycan – Ermənistan münasibətlərinə gəldikdə isə, Prezident bu barədə də mövqeyimizi müdafiə etdi, haqlı istəyimizi və müəyyən tələblərimizi bildirdi. Ermənistan illər ərzində işğalçılıq siyasətini həyata keçirib, o cümlədən, cinayətlər törətmişdir. Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət edilməsini tələb edən Azərbaycan Prezidenti diqqətə çatdırdı ki, Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Bu söz artıq qüvvədən düşüb. Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacağı da xüsusi olaraq qeyd edildi. Azərbaycan tərəfi ədalətli mövqe sərgiləyir və öz haqqını tələb edir. 44 günlük Vətən Müharibəsində biz hərb yolu ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyduq. Bundan sonra sülhün əldə olunmasına gəldikdə Ermənistan bu müharibədən də dərs çıxarmalıdır”.

Ş. İsmayılov onu da qeyd edib ki, Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü maraq doğuran əsas məsələlərdən biri idi:

“Görüşdən sonra Prezident İlham Əliyev Azərbaycan televiziya kanallarına müsahibəsində görüşün əhəmiyyətindən və konstruktivliyindən bəhs etdi. Görüşdə sülh müqaviləsi də daxil olmaqla, bir çox məsələlər müzakirə edildi. Bütün bu müzakirələrdə Azərbaycanın üstün mövqeyi bəllidir. Azərbaycanın haqlı mövqeyi, sülh və əmin-amanlıq istəyi, aparıcı dövlət, söz sahibi olması, güclü dövlətə çevrilməsi və zəngin təcrübəyə malik liderinin olması məsələlərin bizim xeyrimizə həll olunacağına heç bir şübhə yaratmır”.

//Gülnarə Abasova, Editor.az