Bütün bunlar Hindistanla Azərbaycan arasında diplomatik əlaqələrə kölgə salır- ŞƏRHbackend

Bütün bunlar Hindistanla Azərbaycan arasında diplomatik əlaqələrə kölgə salır- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan Ermənistana təxminən 250 milyon dollar dəyərində silah-sursat göndərəcək. Sentyabrın əvvəlində iki ölkənin hökumətləri arasında müvafiq müqavilələr imzalanıb.

Politoloq Züriyə Qarayeva Editor.az-a açıqlamasında bildirib ki, Hindistanın Ermənistanla yaxınlaşmasının bir neçə səbəbi var:

“Əvvəla, Azərbaycan müsəlman ölkəsidir. Pakistanla dost, qardaş münasibətləri mövcuddur. Hindistanla Pakistan arasında Kəşmir bölgəsi ilə bağlı 60 ildən çoxdur ki, münaqişə mövcuddur. Hindistandakı hazırki Modi hökumətinin radikal sağ qanadı təmsil etdiyini nəzərə alsaq məsələdə etnik köklərin olduğunu deyə bilərik. İkincisi, son illərdə hərbi-müdafiə kompleksini inkişaf etdirməyə başlayıb. Ehtimal etmək olar ki, Dehli Ermənistana silah satmaqla silah sənayesinin gücünü diqqətə çatdırmağa çalışır. Bütün bunlar əlbəttə ki, Hindistanla Azərbaycan arasında diplomatik əlaqələrə kölgə salır. Enerji, nəqliyyat, ticarət dövriyyəsi sahəsindəki əməkdaşlıq yaxın gələcəkdə Dehlinin ermənipərəst mövqeyi nəticəsində təsirlənə bilər”.

//Gülnarə Abasova, Editor.az