Bütün bunlar tezliklə Zəngəzur dəhlizinin reallaşacağından xəbər verir- Millət vəkilibackend

Bütün bunlar tezliklə Zəngəzur dəhlizinin reallaşacağından xəbər verir- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan erməni təcavüzkarları üzərində qələbə qazansa da qarşıda həyata keçirilməsi lazım olan tədbirlər çoxdur. Bunlardan ən başlıcası Zəngəzur dəhlizinin açılması, sərhədlərin dəqiqləşdirilməsi, erməni silahlı birləşmələrinin qalıqlarının  Qarabağdan təmizlənməsidir. Əlbəttə bu istiqamətdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində çox ciddi irəliləyişlər olub”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Millət vəkili bildirib ki, ötən gün Moskvada keçirilən Azərbaycan, Ermənistan və Rusiya hökümət başçıları müavinlərindən ibarət  üçtərəfli İşçi Qrupunun növbəti görüşündə Zəngəzur dəhlizinin reallaşdırılması əsas müzakirə mövzusu olub:

“Görüşdə səsləndirilən pozitiv notlar hər birimizdə inam yaradır ki, tezliklə bu məsələ də öz həllini tapacaq. Çünki Zəngəzur dəhlizinin açılması nəinki Azərbaycan və Ermənistan üçün əhəmiyyətlidir, eləcə də region dövlətləri üçün çox vacib məsələdir. Bu dəhlizin istifadə verilməsi sözsüz ki, Ermənistanın böhrandan çıxmasına, iqtisadiyyatının dirçəlməsinə və ölkədəki qarşıdurmaların aradan qaldırılmasına bilavasitə zəmanətdir. Çünki qonşu dövlət müharibənin çətinlikləri ilə bərabər həm də iqtisadi, siyasi böhran içərisindədir və bu böhranın aradan qaldırılması da qonşularla əməkdaşlığın yaxşılaşdırılmasından və bir sıra iqtisadi layihələrdə iştirak etməkdən keçir. Münasibətlərin yaxşılaşdırılması Cənubi Qafqazda sülhün və əmin-amanlığın təmin olunması üçün vacibdir. İstər İşçi Qrupunun görüşlərində əsaslandırılan fikirlər, istər Ermənistan baş nazirinin son dövrlər parlamentdə və MDB dövlət başçılarının sammitindəki çıxışı zamanı səsləndirdiyi fikirlər, irəli sürdüyü təkliflər bilavasitə Zəngəzur dəhlizinin reallaşacağından xəbər verir. Ermənistanda bəzi siyasi dairələr, sabaha ümidlə baxan siyasətçilər Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşdırılmasında maraqlıdırlar. Bu münasibətlərin bərqərar olması, hər iki ölkənin xalqları üçün əhəmiyyətlidir. Həm Azərbaycanın iqtisadi, siyasi beynəlxalq nüfuzunun artması, həm də Ermənistanın gələcək inkişafı üçün çox vacibdir. Prezident İlham Əliyev son günlərdə hər gün Qarabağa etdiyi səfərlər zamanı öz çıxışlarında dönə-dönə xatırladır ki, biz sülhün, əmin-amanlığın tərəfdarıyıq və danışıqlara başlamağa hazırıq. Ermənistan da sülh çağırışlarına cavab verməlidir. Müharibə heç bir ölkəyə xoşbəxtlik, səadət gətirmir. Bizim uzun illər çəkdiyimiz ağrı-acı bunun nümunəsidir. Ancaq bu gün Azərbaycan dövləti qalibdir və qələbəmizi möhkəmləndirmək, iqtisadiyyatımızı inkişafı etdirmək üçün regionda davamlı sülhə, əmin-amanlığa ehtiyac var. Azərbaycan da məhz bunun tərəfdarıdır”.

//Gülnarə Abasova, Editor.az