“Bütün bunların səbəbkarı Qərbdir”-SENSASİON AÇIQLAMAbackend

“Bütün bunların səbəbkarı Qərbdir”-SENSASİON AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Foreign Affairs” nəşri “Putinin müharibəsi və Rusiyanın palçalanmasının təhlükəsi” başlıqlı məqaləsində bildirilir ki,Vladimir Putin Ukraynadakı müharibəyə daha artıq güc sərf etdikcə onun rejiminin sabitliyi getdikcə daha çox laxlayır. Bəzi müşahidəçilər deyirlər ki, Rusiya lideri devrilə bilər, digərləri isə ölkənin parçalanmasından danışırlar.

Mövzunu Editor.az-a şərh edən siyasi şərhçi Kənan Novruzov bildirib ki, bu gün Rusiya daxilində xaotik vəziyyət daha çoxdur:

“ Ukrayna xalqı torpaqlarını azad etmək istəyir. Rusiya xalqı yartmaz ambisiyaların qurbanı oldu. Artıq xalqın narazılığı artacaq. Eyni zamanda, burada siyasi elitanın özündə də çaxnaşma var. Digər tərəfdən Rusiya prezidenti Vladimir Putin də çaş-baş qalıb. Başda nüvə silahından istifadə edəcəklərini bildirsələr də son çıxışlarında isə qeyd edib ki, “nüvə silahından istifadə oluna bilər,amma ilk istifadə edən biz olmayacağıq. Proseslər onu göstərir ki, Rusiyanın parçalanması hələ tezdir. Bu o vaxt ola bilər ki, müharibənin arealı genişlənsin. Yayılan məlumatlar həm də informasiya müharibəsinin tərkib hissəsidir. Daha çox Qərb mətbuatı bu barədə məlumat yayır. Bu iddialarla artıq Beynəlxalq ictimaiyyətdə rəy formalaşdırırlar. Rusiyada hakimiyyətin dəyişməsi ilə bağlı səslənən fikirlər Rusiya xalqına psixoloji sarsıntı verməyə şərait yaradır”.

//Safura Bənnayeva, Editor.az