“İranın Azərbaycana qarşı düşmən münasibətinə, aqressiyasına tarixin bütün dönəmlərində rast gəlmək mümkündür. Məsələn, 1813 və 1828-ci illərdə biz təkcə rus işğalına məruz qalmadıq, həm də ölkəmizin cənubu İran tərəfindən işgal edildi”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.
Politoloq onu da qeyd edib ki, Azərbaycanın cənubu Təbriz də başda olmaqla XX əsrdə üç dəfə İran zülmünə qarşı üsyan edib:
“Bu azadıq savaşı hər dəfəsində rejim tərəfindən qanla, zülmlə yatırılıb. Keçən əsrin sonlarında xalqımızın qazandığı müstəqilliyimizin güclü və qüdrətli Azərbaycana çevrilməsinin qarşısının alınması üçün İran əlindən nə gəlirsə etdi. 44 günlük Qəhrəmanlıq Savaşından sonra ölkəmizin Qafqazda və dünyada söz sahibinə çevrilməsi İranın gizli üzünün daha qabarıq ortaya çıxmasına səbəb oldu.Tehrandakı səfirliyimizdən tutmuş, Bakıda millət vəkilinə qarşı terror aktları törədən fars-molla rejimi, məscidlərimizdə donuz saxlayan ermənilərin, nəinki dostu, hətta himayəçisi olduğunu nümayiş etdirdi”.
F. Məhərrəmli ötən gün İran parlamentinin bir qrup deputatının Azərbaycanın İsraildə səfirlik açmasına etiraz bəyanatı qəbul etməsi və Azərbaycanı Ərəb dövlətlər liqasına şikayət etməsini gülünc olduğunu bildirib:
“Birincisi, Azərbaycan müstəqil dövlətdir və hansı ölkədə, nə vaxt səfərlik açacağına özü qərar verir. İkincisi, Ərəb dövlətləri liqasına daxil olan bir çox ölkələrin İsraillə normal münasibətləri var. İki il əvvəl bir neçə ərəb dövləti, İsraillə münasibətlərin normallaşmasını nəzərdə tutan “İbranı anlaşması” belə imzalamışlar. İran-Azərbaycan münasibətləri İranın günahı və yersiz iddiaları ucbatından gərginləşib. Sürətlə güclənən və böyüyən Azərbaycanı durdurmaq üçün terror aktları törətməkdən belə çəkinməyən rejim, bütün cəhdləri boşa çıxdıqca daha da həyasızlaşır. Cənubi Qafqazda Ermənistan üzərindən təsir rıçaqları əldə etməyə çalışan İran dövləti ilə bundan sonrakı münasibətlərin daha da gərginləşəcəyi ehtimal edilir”.
//Gülnarə Abasova, Editor.az

