“Bütün dünya Ermənistanın anormal siyasətinə bələddir”- Millət vəkilibackend

“Bütün dünya Ermənistanın anormal siyasətinə bələddir”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vətən müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar artıq bütün dünya tərəfindən qəbul olunur. Dünya liderlərinin əksəriyyəti müharibə və postmüharibə dövründə hər zaman Azərbaycanı dəstəkləyib və Cənubi Qafqazda inkişafın və dayanıqlı sülhün gəlməsində maraqlı olduqlarını bildiriblər”.

Bu sözləri Editor az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Millət vəkili bildirib ki, bütün dünya Ermənistanın anormal siyasətinə bələddir:

“44 günlük Vətən müharibəsindən sonra həm Ermənistan siyasi siqmenti, həm də cəmiyyəti yaxşı anlayır ki, bu ölkə bu siyasətlə heç bir yerə gedib çıxa bilməyəcək. Biz ara-sıra Paşinyan və onun komandasına daxil olan insanların pozitiv notlarla olan bəyanatlarını görürük. Hiss olunur ki, Paşinyan hakimiyyəti hələ də revanşist əhval-ruhiyyəli siyasətçilərdən çəkinir. Onlar az-az da olsa Ermənistan cəmiyyətini sülh prosesinə hazırlamaq cəhdləri edir. Lakin hal-hazırda dünyada yeni siyasi mənzərə formalaşır. Buna görə də tarix boyu digər dövlətlərin yedəyinə sığınaraq öz mövcudluğunu bu formada saxlayan Ermənistan indi baş verən qlobal problemlər içərisində çıxılmaz durumdadır. Ermənistan özünə yeni ağanın seçilməsi yolunda hələ ki ABŞ, Avropa, Rusiya ilə münasibətlərini aydınlaşdırmağa çalışır. Lakin yeni dünya düzənində hər bir dövlətdən konkret xarici siyasət tələb olunur və bu tələb rəsmi İrəvanın siyasi gedişatına ziddir. Ermənistan hər zaman çoxtərəfli oynamağa meyilli olub. Erməni baş nazirin ötən gün Fransa Prezidenti Emmanuel Makrona ünvanladığı məktubunda bir daha sülh müqaviləsinin bağlanma səbəbləri, Azərbaycanla, Türkiyə ilə münasibətlərinin normallaşmasına dair müsbət fikirlərinin əksini görürük. Bu isə anlaşılmaz erməni siyasətinin bir hissəsidir. Artıq dirçəldilməsi mümkün olmayan Minsk Qrupu haqqında yenidən fikirlər söyləmək isə absurddur. Paşinyan özü də yaxşı bilir ki, artıq Minsk Qrupu adlı qurum mövcud deyil. Paşinyan bütün bunları bilə-bilə vaxt qazanmaq və vaxtı uzatmaq siyasəti həyata keçirir. Bu isə Ermənistanı dərin uçuruma aparan vasitədir. Hesab edirəm ki, Paşinyan və komandası artıq konkret addımlar atmalı və erməni cəmiyyəti ilə açıq müzakirələr aparılmalıdır. Artıq bölgəyə əmin-amanlıq və sülhün gəlməsi istiqamətində əməli addımlar atılmalıdır”.

//Gülnarə Abasova, Editor.az