ABŞ prezidenti Donald Tramp deyib ki, o, İranın nüvə silahına malik olmaması üçün “mübarizə aparmalı olacaq”: “Ancaq döyüşsən də, döyüşməsən də, İran nüvə silahına malik olmamalıdır, çünki bütün dünya partlayacaq”, – ABŞ prezidenti bildirib. “Biz buna imkan verməyəcəyik”.
CBS telekanalına danışan ABŞ kəşfiyyatının yüksək rütbəli rəsmisinin sözlərinə görə, ABŞ İsrailin İrana qarşı hərbi səylərinə qoşularsa, İran ABŞ-ın bölgədəki bazalarına zərbələr endirmək üçün raket və avadanlıq hazırlayıb.
İyunun 13-də İsrail İranın nüvə və müdafiə sənayesinə qarşı “Şir kimi millət” əməliyyatına başlayıb.
//Samir Qurbanov, Editor.az

