Rusiya-Ukrayna arasında atəşkəsin əldə olunması üçün Rusiya XİN Sergey Lavrov, Ukrayna XİN Dmitro Kulebo və Türkiyə XİN Mövlüd Çavuşoğlu Antalyada üçlü görüş keçirəcək.
Editor.az “Euro news”a istinadla xəbər verir ki, tərəflər görüşdən əvvəl verdikləri açıqlamada Antalya görüşünün müharibənin gedişində olduqca vacib olduğunu dilə gətiriblər.
Öz heyəti ilə görüşdükdən sonra Ukrayna Xarici işlər naziri tərəfindən bildirilib ki, danışıqlardan gözlədikləri nəticələr yüksək deyil, lakin bacardıqları qədər atəşkəs və humanitar yardım mövzuları üzərində müzakirələr aparacaqlar.
Çavuşoğlu isə bu görüşün sülh və təhlükəsizlik yolunda atılan böyük bir addım və müharibədə müsbət yöndə bir dönüm nöqtəsi olacağını ümid edir.
Türkiyənin xarici işlər naziri Ukraynada müharibənin dayandırılması üçün əlindən gələni edəcəyini bildirib.
Qeyd edək ki, Zirvə görüşünə 34 ölkədən 300-dən çox jurnalistin qatılacağı da istisna olunmur. Görüşün keçiriləcəyi oteldə artıq ciddi təhlükəsizlik tədbirləri görülüb.
//Sərxan Həsənov, Editor.az

