“Bütün güzəştlər edilib, möhlət verilib, sülh təşəbbüsləri irəli sürülüb, indi isə…”- Politoloqdan AÇIQLAMAbackend

“Bütün güzəştlər edilib, möhlət verilib, sülh təşəbbüsləri irəli sürülüb, indi isə…”- Politoloqdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu bəyanat ABŞ Dövlət departamentinin mövqeyi ola bilər. Azərbaycan onlarla bunu müzakirə etmək fikrində deyil. Bizim bu məsələdə konkret mövqeyimiz var”.

Bunu politoloq Fikrət Sadixov Editor.az-a ABŞ Dövlət Departamentinin Azərbaycan və Ermənistanın sülh danışıqlarında irəliləyiş əldə etdiyi, sülh və təhlükəsizlik üçün hər iki tərəfdən mürəkkəb seçimlər, çətin kompromislər tələb olacağı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

Reallıq ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağı tarix uzaqda deyil:

“Ancaq həll olunası bir sıra çox çətin və mürəkkəb məqamlar mövcuddur. Bu məqamları isə Ermənistan aradan götürməlidir. İlk öncə Ermənistan Konstitusiyasının bəzi maddələrini dəyişməlidir. Azərbaycan tərəfindən hansısa kompromis addım atıla bilməz. Niyə qalib tərəf kimi Azərbaycan nədəsə güzəşt etməlidir? Bütün güzəştlər edilib, möhlət verilib, sülh təşəbbüsləri irəli sürülüb. Rəsmi Bakı müəyyən müddətdən sonra sadəcə gözləyir ki, Ermənistan tərəfi sağlam addım atsın. Bütün kompromislər sona çatıb , indi isə real sülh sazişinin imzalanma zamanıdır”.

//Gülnarə Abasova, Editor.az