İsrail şimaldakı sakinlərini evlərinə qaytarmaq məqsədinə çatana qədər Hizbullaha qarşı ağır zərbələr endirməyə davam edəcək.
Editor.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri İsrail Baş nazir Benyamin Netanyahu deyib.
“Siyasətimiz aydındır: Hizbullaha güclü zərbələr endirməyə davam edirik və bütün hədəflərimizə çatana qədər, öncəliklə şimaldakı sakinlərimizin qayıdışını təmin edənə kimi dayanmayacağıq”, – deyə baş nazir bildirib.