“Bütün məsuliyyət Rusiyanın üzərindədir”- AÇIQLAMAbackend

“Bütün məsuliyyət Rusiyanın üzərindədir”- Hərbi ekspertdən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 5-dən 6-na qədər Azərbaycan Ordusunun mövqeləri Ermənistan tərəfindən 19 dəfə atəşə tutulub. Bu təxribatlar Münxen Təhlükəsizlik Konfransından sonra səngimək əvəzinə daha da intensiv forma almaqdadır. Görünür, Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda olarkən Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılmasının nəzərdə tutulmadığını söyləyəməsindən cəsarətlənən separatçılar bu yola əl atıblar.

Məsələni Editor.az-a şərh edən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, baş verənlər heç bir normal məntiqə sığmır, çünki separatçılar ağıllarını başlarına yığıb Azərbaycan tərəfi ilə normal münasibət qurmaq, ölkəmizin qanunları çərçivəsində yaşamaq əvəzinə bu yolu seçdilər:

 

“Havadarları olan Rusiyanın məsləhəti ilə bu yolda irəliləyirlər. Çox təəssüf ki, ermənilərin son təxribatı nəticəsində 2 şəhidimiz var. Rusiya sülhməramlıları bölgəyə 2020-ci ilin 10 noyabr bəyannaməsi ilə gəldikdən sonra 283 mina partlayışı olub. Bu gün baş verənlərə görə birinci növbədə Rusiya məsuliyyət daşıyır. Çünki orada  nəzarət lazımı qaydada həyata keçirilsəydi, bölgəyə aidiyyatı olmayan heç kimin gediş-gəlişi mümkün olmayacaqdı. Laçın-Xankəndi yolu qaldığı halda sülhməramlılar separatçılaraa Xəlfəli yolundan istifadə üçün şərait yaradıblar. Qış aylarının çətin günlərinin geridə qaldığını nəzərə alsaq görərik ki, bu yoldan yaramaz niyyətlərini həyata keçirmək üçün istifadə ediblər. Bunu dəfələrlə bəyan etmişdik ki, oraya qeyri-qanuni silahlar, minalar daşınır, bölgəyə aidiyyatı olmayan şəxslər gəlib-gedir.  Ruben Vardanyanlar, Arayik Artunyanlar çox rahat formada sülhməramlıların müşayiəti ilə Qarabağdan İrəvana, Moskvaya, Parisə gedirlər”.

Hərbi ekspertin sözlərinə görə, Azərbaycan  XİN-in “qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır” fikrini yaxın saatlarda reallaşdırmalıyıq:

“Çünki bu gecə Şuşa və ətraf ərazilərdə də  minaatanlardan istifadə edilib. Hansı ki bu silahla daha çox şəxsi heyətin öldürülməsi hədəflənib. Hesab edirəm ki, Azərbaycan qısa müddət ərzində bu məsələni həll etməlidir. Nəzarət- buraxılış məntəqəsi qoyulmalıdır. Rusiyaya arxalanmaq düzgün deyil. Ölkəmiz əvvəlcə sülhməramlıların bölgədən çıxarılması məsələsini gündəmə gətirməlidir. İkincisi də o post qurulmalıdır ki, Azərbaycana aid olmayan hər hansı tör-töküntülər ərazilərimizə soxulmasın. Bu post əvvəlcədən qurulsaydı nə Vardanyanlar, nə Artunyalar, nə də digər separatçılar torpaqlarımızda belə oyunlar həyata keçirə bilməzdilər”.

//Safura Bənnayeva, Editor.az