Bütün ölkə üzrə sirenlər səslənir: Ukrayna yenidən raket atəşinə tutulurbackend

Bütün ölkə üzrə sirenlər səslənir: Ukrayna yenidən raket atəşinə tutulur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 16-da Ukraynanın səhəri hər yerdə hava hücumu ilə başladı.

Nikolaev VHA-nın rəhbəri Vitali Kim 60-a yaxın raketin buraxıldığını açıqlayıb.

Editor.az bildirir ki, bu barədə o, Telegram-da məlumat verib. “İlk raketlər gəlir. Biz 60-a yaxın raket gözləyirik. Şimalda, artıq onlar Ukrayna ərazisi üzərindədir”. Qeyd edək ki, sirenlər səhər saat 8-də ölkənin şərqində səslənməyə başlayıb və sonra bütün sol sahilə yayılıb. Saat 8:10-da Kiyevdə, daha sonra Jitomir və Vinnitsa vilayətlərində həyəcan siqnalları verilib. Səhər saat 8:15-ə olan məlumata görə, artıq 16 vilayətdə sirenlər səslənir.

Səhər saat 8:33-də isə Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı edilib. Telegram kanalları Rusiyanın Kh-101 raketlərinin buraxılmasından xəbər verir. “Siqnallar hava zərbələri təhlükəsi deməkdir və bu zaman sığınacaqlara enmək lazımdır”, – əhaliyə müraciətdə deyilir.

  //Samir Qurbanov, Editor.az